Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.Portfelin monitorinqi və hesabatı üzrə mütəxəssis– Boa AgencyVəzifə öhdəlikləri: Gündəlik olaraq əməkdaşların portfellərinin yoxlanılması, yeni işlərin əlavə edilməsi və çıxarılması; Tranzit hesabların işlənməsi; Ayın ilk günü yeni gələn əməkdaşlar üçün portfellərin hazırlanması və təqdim edilməsi; Gündəlik olaraq hesabatın hazırlanması və ayın sonu yekun hesabatın rəhbərliyə təqdim edilməsi; Ümumi porfelin (BAZA) monitorinqi, səhvlərin aradan qaldırılması; Problemli işlər üçün göndərilən maillərin yoxlanılması və cavablandırılması; Lazımi sənədlərin hazırlanması, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarətin həyata keçirilməsi, sənədlərlə bağlı rəhbərliyə məlumat verilməsi və onların saxlanmasının təmin edilməsi; Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazırlıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarətin həyata keçirilməsi; Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət edilməsi, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlərin görülməsi; Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işlərin tərtib edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi; Rəhbərin ona həvalə etdiyi digər işlərin yerinə yetirilməsi.Vakant vəzifə üzrə tələblər: Yaş həddi: 21-30; Xanım namizədlərə üstünlük veriləcək; Ali təhsil (Maliyyə və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır); Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi; Office proqramlarında işləmək bacarığı (Excel - yaxşı səviyyədə); Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır; Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq. İş şəraiti: Əmək haqqı – 400 AZN(nett) İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); Şənbə və bazar istirahət; Nahar fasiləsi: 13:00 – 14:00; Sizə nə təklif edirik? AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Karyera və inkişaf perspektivləri; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı. Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21