Təsvir: Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi: Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması; Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımlı tədbirlərin görülməsi; Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi; Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası; İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi; Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi; Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması; Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi; Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi; Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi. Tələblər: Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il Lisenziya / Sertifikat: - Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə) Kompüter bilikləri: Microsoft Office (Excel, Word) Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri. Bazar üzrə biliklər: Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.