Restoran şəbəkəsinin əməliyyat fəaliyyətinə rəhbərlik edəcək, ilham verəcək və strateji istiqamət verəcək Əməliyyatlar üzrə Menecer axtarırıq. Bu vəzifə restoranların gündəlik əməliyyatlarını səmərəli şəkildə idarə etməklə yanaşı, yüksək keyfiyyət, xidmət və təmizlik standartlarının qorunmasına yönəldilmişdir.Namizədə dair gözləntimiz:Vəzifələr: Restoranların Əməliyyat blokunu idarə etmək; Əməliyyatlar üzrə bölgə liderinin fəaliyyətinə və restoranların fəaliyyətinə nəzarət etmək; Filialların gündəlik əməliyyatlarını idarə etmək, şirkət standartları və siyasətlərinə uyğunluğunu təmin etmək Büdcə və maliyyə planlarını idarə etmək, həmçinin xərclərə nəzarət etmək,  Qida və içki xidməti üzrə aylıq maliyyə, gəlir, xərc və məhsuldarlıq proqnozlarının dəqiqliyini və hədəflərin əldə edilməsini təmin etmək; Statistik və maliyyə uçotunu aparmaq; Satış və mənfəət hədəflərini təyin etmək və bu hədəflərə çatmaq; Bütün yardımçı şöbələrlə sıx və effektiv iş əlaqəsi qurmaq və inkişaf etdirmək; İllik Qida və İçki xidmətləri üzrə büdcəni hazırlamaq; Qida təhlükəsizliyi və təmizlik standartlarının həyata keçirilməsinə nəzarət etmək; Fəaliyyətin bütün dövrlərində işçilərin təhlükəsizliyini təmin etmək; Qida və içki satış məntəqələrinin xidməti və ya idarəetməsi ilə bağlı hər hansı uyğunsuzluq barədə birbaşa rəhbərliyə hesabat vermək; Restoran işçilərinin təlim və inkişaf ehtiyaclarını müəyyən etmək; Restoranların aparıcı üzvlərinin fəaliyyətini qiymətləndirmək; Yeni filialların açılış prosesini icra etmək; Performans göstəricilərini izləmək və əməliyyat səmərəliliyini və effektivliyini artırmaq üçün strategiyalar tətbiq etmək; Sahə üzrə liderlərinə rəhbərlik etmək və onlara dəstək vermək; Əməliyyat problemlərini həll etmək və performansın artırılması üçün restoran menecerləri ilə sıx əməkdaşlıq etmək. ; Mövcud və yeni şirkət siyasətlərinin və SOP-ların bütün filiallarda effektiv şəkildə çatdırılmasını və həyata keçirilməsini təmin etmək; Siyasətləri və SOP-ları mütəmadi olaraq yeniləmək və onların aktuallığını və effektivliyini təmin etmək; Bütün filiallarda müştəri təcrübəsinin ardıcıl və yüksək keyfiyyətli olmasını təmin etmək; Müştəri rəylərini nəzərə almaq və məmnuniyyətin artırılması üçün təkmilləşdirmələr tətbiq etmək.Namizədə tələblər: Müvafiq sahə üzrə geniş biliklərə malik olmaq; Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; Restoran biznesi üzrə trendləri bilməsi vacibdir; Beynəlxalq təcrübə arzuolunandır; Çevik, cəld, özünə güvənən, təşəbbüskar və prioritetləri düzgün təyin etməyi və effektiv qərarlar qəbul etməyi bacarmaq; Yüksək kommunikasiya və təqdimat bacarıqları, yaradıcı, stratejik və yenilikçi düşünmə qabiliyyəti; Güclü liderlik və idarəetmə bacarıqlarıİş şəraiti: 6 günlükNahar təmin edilirƏmək haqqı: 2500–3500 aznTəqdim edilmiş hədəflərə çatdıqda əmək haqqının 20% -i qədəri rüblük bonus Müraciət üçün [email protected] 

Maaş

2,500 - 3,500 AZN

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan