Lənkaran şəhərində yerləşən Avicenna klinikasında oftalmologiya bölməsinə idarəçi xanım işçi axtarılır. İş barədə məlumat: İşə qəbul edilən namizəddən gələn xəstələrin keyfiyyətli şəkildə klinikaya daxil olması və yönləndirilməsi, Əməliyyat planlamasının edilməsi kimi işlərə yüksək şəkildə nəzarət etməsi, Problemli xəstlərin problemlərinin müsbət yöndə həll edilərək xəstənin məmnun şəkildə klinikadan ayrılmasının təmin edilməsi, İşçilərin vaxtında işə gəlib getməsinin və işlərinin düzgün formada yerinə yetirməsi, Uniforma və etik qaydalara uyğun davranmasını, Komanda şəklində verilən tapşırıqların düzgün və dəqiq yerinə yetirilməsini, Xəstələrə aid sənədlərin düzgün, dolğun, dəqiq doldurulması, gizliyinin qorunması, Günlük qrafiklərin tərtibi və izlənilməsi, şöbə ilə bağlı problemlərin dərhal və dəqiq yerinə yetirilməsi tələb olunacaqdır. Namizədə dair tələblər: İdarə etmə bacarığı olan çevik və analtik düşünmə bacarığı olan, Həssas təbəqə ilə işləmək səbri olan, Problem həll etmə bacarığı və stresi idarə etmək bacarığı olan, yüksək inandirma bacarığına sahib, İnsan əlaqələri güclü olan, Ali təhsilli xanım namizədlər işə dəvət olunur. Daha öncə xidmət sahələrində birbaşa vətəndaşla ünsiyyət ilə bağlı işi təcrübəsi olan İdarə etmə sahəsində işləmiş, idaretmə və yaxud ali tibbi təhsili olan namizədlərə üstünlük veriləcək. Təlimlər 2 həftə olmaqla Bakı şəhərindəki baş filialda keçiriləcəkdir. İşə qəbul olunan namizəd rəsmi əmək müqaviləsi ilə 6 günlük iş rejimində işləyəcəkdir. Yalnız şəkilli cv-lərini [email protected] elektron poçt adresinə göndərməyiniz xahiş olunur.