BATIGÖZ KLİNİKASININ FİLİALLARI ÜÇÜN  oftalmologiya bölməsinə bölmə rəhbəri  vakansiyası elan edirik.İş barədə məlumat- İşə qəbul edilən namizəddən gələn xəstələrin keyfiyyətli şəkildə klinikaya daxil olması, yönləndirilməsi, əməliyyat planlamasının edilməsi kimi işlərə yüksək şəkildə nəzarət etməsi, problemli xəstlərin problemlərinin müsbət yöndə həll edilərək xəstənin məmnun şəkildə klinikadan ayrılmasının təmin edilməsi, işçilərin vaxtında işə gəlib getməsinin, işlərinin düzgün formada yerinə yetirməsinin, uniforma və etik qaydalara uyğun davranmasını, komanda şəklində verilən tapşırıqların düzgün və dəqiq yerinə yetirilməsini, xəstələrə aid sənədlərin düzgün, dolğun, dəqiq doldurulması, gizliyinin qorunması, günlük qrafiklərin tərtibi və izlənilməsi, şöbə ilə bağlı problemlərin dərhal və dəqiq yerinə yetirilməsi tələb olunacaqdır.İşə qəbul olunan namizəd rəsmi əmək müqaviləsi ilə   6 günlük iş rejimində işləyəcəkdir.Namizədə dair tələblər: İdarə etmə bacarığı olan,çevik, analtik düşünmə bacarığı olan, həssas təbəqə ilə işləmək səbri olan, problem həll etmə bacarığı və stresi idarə etmək bacarığı olan, yüksək inandirma bacarığına sahib,  insan əlaqələri güclü olan, ali təhsilli xanım namizədlər işə dəvət olunur. Daha öncə xidmət sahələrində birbaşa vətəndaşla ünsiyyət ilə bağlı işi təcrübəsi olan və idarə etmə sahəsində işləmiş, idaretmə və yaxud ali tibbi təhsili olan namizədlərə üstünlük veriləcək. Yalniz xanım namizədlər işə qəbul olunacaqdır.Filiallar Bakı və Sumqayıt şəhərindədir, işə qəbul olnan namizədlər  minimum 15 günlük Bakı  şəhərində yerləşən baş filialımızda təlimdə iştirak edəcəkdir. Yalnız şəkilli cv-lərinizi [email protected] elektron poçtuna göndərməyiniz və başlıq hissədə:  BAKI və ya SUMQAYIT oftalmologiya bölmə rəhbəri yazmağınız xahiş olunur. 

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
8 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan