Vəzifə: Ofisiant (Waiter) Şöbə: Qida və İçki Şirkət: Courtyard by Marriott Baku Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303 İşin təsviri: Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək. Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək. İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək. İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək. Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək. Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək. Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq. Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək. Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək. Namizədə olan tələblər: Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq; Müxtəlif iş qrafiklərində işləmək bacarığı; Azərbaycan, İngilis və Rus dillərin şifahi ünsiyyət qabiliyyətinə malik olmaq; Komandada işləmək bacarığı, gülərüzlü olmaq.Son tarix: 28 noyabr 2024Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 28.11.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.