Əmək funksiyası: Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək; Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək; Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək; Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək; İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək; Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək; Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək; Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək; Müştərinin məmnunluğunu təmin etmək; Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək; Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq; Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq; Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.Tələblər: Müvafiq iş təcrübəsi; Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi; Satış etmə bacarığı; Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili –orta. Kompüter bilikləri: Micros.Vəzifə üzrə təminatlar: “PMD Hospitality” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı; Təlim və inkişaf proqramlarında iştirak imkanları; Gündəlik qidalanma;Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV)  [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 12.11.2023-cü il tarixinədək göndərə bilərlər. Daha çox Restoran işi vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan