Namizədə dair tələblər:• Rus və ingilis dilində sərbəst danışmaq bacarığı;• Yüksək kommunikasiya və müştəri yönümlülük;• MS Office proqramları üzrə biliklər;• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;• Düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.İşin təsviri:İş qrafiki növbəli şəkildə 08:00-17:00, 12:00-20:00Gələn qonaqları Şirkətin “Müştəri xidmətləri şöbəsinin” Əsasnaməsində göstərilən qaydalara uyğun gülərüz qarşılıyır, yönləndirir, suallarını cavablandırır;“Müştəri xidmətləri şöbəsinin” Əsasnaməsində göstərilmiş geyim və görünüş qaydalarına riayət edir;Gələn qonaqların (birinci dəfə gəlirsə) “Müştəri xidmətləri şöbəsinin” Əsasnaməsində göstərilmiş qaydada qeydiyyatdan keçirir;Ona təqdim edilmiş müştəri siyahısı üzrə soyuq zənglə edir;Müştərilərə onlara təqdim edilmiş məhsul, xidmət və kampaniyalar barədə məlumat verir;Gün ərzində olunan zənglər və bu zənglər barədə qeydlərin əks olunduğu cədvəlləri hər günün sonu Müştəri xidmətləri rəhbərinə təhvil verir.Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.