Müştəri Sorğularının Araşdırılması və İcrası üzrə Mütəxəssis (Müvəqqəti)
at
PASHA Bank
Part Time
İşiniz nədən ibarətdir? PAŞA Bank kartları ilə PAŞA Bank terminallarında keçirilmiş mübahisəli əməliyyatların araşdırılması. Müştərinin müraciətinə əsasən PAŞA Bank terminal üzərində keçirilən əməliyyatın qaytarılması, tələb olunduqda araşdırılmanın aparılması; Ölkədaxili digər bankların kartları ilə PAŞA Bank terminallarında keçirilmiş mübahisəli əməliyyatların araşdırılması; Müştərinin müraciətinə əsasən PAŞA Bank terminal üzərində keçirilən əməliyyatın qaytarılması, tələb olunduqda araşdırmaların aparılması; Terminal üzərindən aparılan əməliyyatlar üzrə qeri-qaytarma (refund) və slip əməliyyatlarının icrası; Müştəri sorğularının icrası üçün AzeriCard, Millikart, BKM, Kapital Bank və digər banklar və prosessinq mərkəzləri ilə əlaqə, əməliyyatların araşdırılması, daxil olan sorğuların cavablandırılması; Müştərilərin terminallar ilə bağlı bütün daxil olan sorğularının icrası və ya tələb olunduqda sorğuların vendor şirkətinə yönləndirilməsi; Daxil olan sorğu əsasında avtorizasiyaların yoxlanılması, problem olduğu halda müvafiq strukturlara yönləndirilməsi; Terminal üzrə çıxarışların əldə olunması və problemli əməliyyatlar üzrə üzləşdirilməsi. TələblərSizdən nə tələb olunur? Təhsil: Ali təhsil Tələb olunan iş təcrübəsi: 2-3 il Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis) Kompüter bilikləri: Word, Excel Başqa tələblər: dəqiqlik, məsuliyyət, kommunikasiya bacarığı