Vəzifə: Mühasib operator
Vəzifələr və məsuliyyətlər:
Mühasibat uçotu sənədlərinin ilkin qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
Elektron qaimə-fakturaların hazırlanması və sistemə daxil edilməsi;
Vergi və digər dövlət portallarında (e-gov, e-taxes, e-social və s.) hesabatların hazırlanmasında dəstək vermək;
1C Mühasibat proqramına məlumatların düzgün və vaxtında daxil edilməsi;
Bank çıxarışlarının və kassa əməliyyatlarının 1C proqramında uçotunun aparılması;
Akt-üzləşmə sənədlərinin hazırlanmasında dəstək olmaq.
İnventarizasiya sənədlərinin və fərq hesabatlarının hazırlanmasında dəstək olmaq.
Alış və satış sənədlərinin düzgünlüyünün yoxlanması;
Avans hesabatlarının toplanması, yoxlanılması və sistemə işlənməsi;
Şöbə rəhbərinin digər tapşırıqlarını operativ şəkildə icra etmək.
Tələb edilən bacarıqlar və təhsil:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsilli.
Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi.
Mühasibatlıq, maliyyə və vergi qanunvericiliyi haqqında təməl biliklər.
1C (Ticarətin idarəedilməsi) proqramında və MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı.
Elektron vergi sistemi (e-taxes, e-qaimə) ilə işləmə bacarığı.
Diqqətlilik və dəqiqlik.
Komandada işləmə bacarığı.
Əmək haqqı: 600-700 man.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Mühasib operator” qeyd edərək göndərə bilərlər.