İş barədə məlumat: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)  Vergi qanunvericiliyini yaxşı səviyyədə bilməli; Peşəkar mühasib sertifikatına malik olan namizədlərə üstünlük verilir. MS office və yüksək səviyyədə 1 C 8.3 proqramı biliyi; Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını yüksək səviyyədə bilməli;Əsas vəzifə və öhdəliklər: Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək; Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən keçirilməsi; Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək; Hesab və elektron qaimə-fakturaların yazılması; Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi; Gündəlik hesabları üzrə qalıqlar hesabat Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması; Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması; Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün həyata keçirilməsinin təmin edilməsi; Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi; İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi; Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir; Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; İş prosesində məlumatların məxfiliyinin saxlanılması; Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi. Namizədə dair tələblər: Yaş həddi – 24-36 yaş. (xanım/bəy) Minimum 3 il iş təcrübəsi; Komandada işləmə bacarığı. Əmək haqqı: 800-1200 manat. (işində fərqlənən namizədə daha yüksək əmək haqqı ödəniləcəkdir) İş vaxtı: Həftədə 5 iş günü Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( rus dili biliyi olan namizədlərə üstünlük verilir) Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,; Şirkətin ofisi Heydər Əliyev Mərkəzinin yaxınlıöında yerləşdiyi üçün qed edilən rayon ərazsində yaşayan şəxslərə üstünlük veriləcəkdir.

Maaş

800 - 1,200 AZN

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
7 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan