İş barədə məlumat Əmək haqqının hesablanması; 1C mühasibatlıq proqramında aylıq standard və təkrarlanan əməliyyatların aparılması; Bank və kassa əməliyyatlarının aparılması; Dövlət orqanlarına verilən dövri hesabatların hazırlanması; Elektron sənədlərin tərtibi və təqdim edilməsi Daxili mühasibatlıq işlərinin görülməsi (hesab fakturalar, elektron qaimələr, bank köçürmələri və.s) Microsoft Excell və Word proqramlarında cədvəllərin və müxtəlif sənədlərin (Məktub, etibarnamə, akt və s.) hazırlanması. Sadalanan bütün işlər baş mühasibin köməyi və nəzarəti altında görülür.Namizədə tələblər Müvafiq sahədə 2 ildən çox təcrübəsinin olması; Vergi və Əmək qanunvericiliyində baza biliklərinin olması ; 1C mühasibatlıq proqramında azı 1 il təcrübəsinin olması; Microsoft Excell və Word proqramlarını arzuolunan dərəcədə bilməsi; Elektron sənədlərlə işləmə bacarığı Ali təhsilinin olması; İngilis və ya Rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir. İş yeri barədə məlumat Müəssisəmiz 10 ildən artıqdır ki, karton qutuların istehsalı ilə məşğuldur. Müəssisənin ünvanı : Sabunçu rayonu, Maştağa qəsəbəsi, E. Məhərrəmli 18 küçəsi. İş qrafiki Həftənin altı günü saat 08.00-dan 17.00 kimidir. Namizədlər CV-lərini "Mühasib" başlığı ilə [email protected] ünvanına göndərsinlər.