Şöbə/Bölmə: Mühasibatlıq / Maliyyə və Mühasibatlıq Departamenti
Vəzifə: Mühasib
Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Departament müdiri
Tələblər:
Təhsil: Ali, ixtisas üzrə (İqtisadiyyat, Mühasibat, Maliyyə);
İş təcrübəsi: Minimum 1–2 il mühasibat sahəsində
Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
Əlavə: Maliyyə hesabatlarını təhlil etmək, analitik düşüncə, diqqətlilik, təşkilatçılıq və planlaşdırma bacarığı.
Təklif:
Ofis - Dərnəgül, Ziya Bünyadov pr 2071
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
Nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı – 800 - 1000 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Vəzifə Öhdəlikləri:
Qanunvericilik və normativ sənədlərin tətbiqi:
Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunlar və normativ-hüquqi aktlar əsasında mühasibat uçotunu təşkil etmək;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid əmrlərin, sərəncam və digər rəhbər, metodik və normativ materialların tətbiqini təmin etmək;
Maliyyə və vergi qanunvericiliyinə uyğun əməliyyatların aparılmasını təmin etmək.
Maliyyə əməliyyatlarının uçotu və hesabatlılıq:
Pul və mal-material vəsaitlərinin qəbulu, saxlanması, istifadəsi və xərclənməsini düzgün təşkil etmək;
İlkin muhasibat sənədlərinin hazırlanması, tətbiqi və yoxlanılmasını həyata keçirmək;
Maliyyə hesabatları, balanslar və digər sənədləri hazırlayaraq müəyyən edilmiş müddətlərdə rəhbərliyə təqdim etmək;
Maliyyə və əməliyyat uçotunun təhlili üçün statistik və analitik məlumatların hazırlanmasında iştirak etmək.
Daxili nəzarət və təftiş:
Daxili muhasibat yoxlamaları və sənədli təftişlərin aparılmasına dəstək olmaq;
Pul və mal-material vəsaitlərinin inventarlaşdırılmasını təşkil etmək və inventar aktlarının düzgün tərtib edilməsini təmin etmək;
Maliyyə əməliyyatlarında çatışmazlıqların, qanunsuz istifadə halları və pozuntuların qarşısını almaq;
Maliyyə əməliyyatları ilə bağlı hər hansı pozuntular barədə dərhal rəhbərliyə məlumat vermək.
Açar bacarıq və davranışlar:
Analitik düşüncə və dəqiqlik – maliyyə məlumatlarını təhlil etmək və düzgün qərarvermə üçün əsaslandırılmış nəticələr çıxarmaq
Maliyyə və mühasibatlıq bilikləri – uçot, vergi, hesabat və qanunvericilik üzrə praktiki biliklərin tətbiqi
Kommunikasiya və məlumat ötürmə bacarığı – rəhbərlik və aidiyyəti şöbələrə maliyyə məlumatlarının düzgün və vaxtında təqdim edilməsi
İnkişaf və adaptasiya bacarığı – yeni hesabat alətləri, proqramlar və normativ dəyişiklikləri çevik mənimsəmək
Komanda əməkdaşlığı və məsuliyyətlilik – baş mühasib və digər şöbələrlə koordinasiyalı çalışmaq və hasilata yönəlmiş nəticə göstərmək
CV-lərinizi “Mühasib” başlığı ilə
[email protected] poçt ünvanına göndərməyiniz xahiş olunur.