Tələblər: Ali təhsilli (Maliyyə, İqtisadiyyat , Mühasibat) ; Mühasibat uçotu sahəsində 1 il iş təcrübəsi; E-taxes.gov.az portalından istifadə etmək bacarığı; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı; Mükəmməl səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.). Komandada işləmək bacarığı; 1C 8.3, BTP, EFP proqramlarından istifadə qaydalarını bilməli; ACCA (F3,F7) sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir; Azərbaycan dili (mükəmməl), Rus dili yaxşı səviyyədə (mütləqdir).Vəzifə Borcları: Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirmək (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) ; Şirkətində istifadə olunan 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək; Məhsulların (iş, xidmətlərin) maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar eetmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq; Bank əməliyyatlarının həyata keçirir; Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması; E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunmasında və göndərilməsini həyata keçirir; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir; Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra etmək; Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilmısini icra etmək.