Vəzifə öhdəliklər: Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək; Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür; Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir; Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir; Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır; Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;Tələblər: Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Audit və oxşar fakültələr); Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli Baş mühasib vəzifəsində minimum 2-3 il iş təcrübəsi; Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli; MS Office – Excel proqramları bacarığı; Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür; Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli; Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli; Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli.İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş qrafiki; Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında təyin ediləcək; İş yeri:Əhməd Rəcəbli 219