Vəzifə öhdəlikləri:
Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi
Internet banking əməliyyatlarının icrası və gündəlik ödənişlərin həyata keçirilməsi
Bank və vergi ödənişlərinin düzgün və vaxtında icrası
Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
E-qaimə və hesab-fakturaların hazırlanması və göndərilməsi
Kassa əməliyyatlarına nəzarət, POS terminallarla əlaqə
Mühasibatlıqla bağlı gündəlik əməliyyatların dəstəklənməsi və sənədlərin arxivləşdirilməsi
Təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılmasına dəstək
Analitik təhlillər və daxili hesabatların hazırlanmasında iştirak
Maliyyə şöbəsinə və Baş mühasibə dəstək vermək
İş yeri: RST Global Plaza (Ulduz metrosunun yaxınlığı)
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
İş qrafiki: Həftənin 6 günü (Bazar ertəsi – Şənbə), Şənbə- qısa iş günü
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə əsasən
Namizədə tələblər:
Təhsil: Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
Cins: Kişi
Yaş: 22–35 yaş
İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il təcrübə
Proqram bilikləri: MS Excel, MS Word və Logo Tiger proqram bilməsi üstünlükdür
Analitik düşünmə və məsuliyyətli yanaşma
Vergi qanunvericiliyi və mühasibat prinsipləri üzrə baza biliklər
Diqqətli, punktual və öyrənməyə açıq olmalı
Komandada işləmək bacarığı və yüksək iş intizamı
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis dili arzuolunandır)
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.