Tikinti materiallarının topdan satışı ilə məşğul olan şirkətimizə analitik düşüncəyə malik, məsuliyyətli və dəqiq çalışan Mühasib axtarılır.
Əsas tələblər:
1C və MS Excel proqramlarında peşəkar işləmə bacarığı
Debitor və kreditorlarla üzləşmələrin aparılması
Operator və menecerlərin 1C-də qeyd etdiyi məlumatların yoxlanılması
Aylıq maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
Anbar və mağaza sayımının təşkili
Əməkdaşlıq edilən şirkətlərlə danışıqların aparılması və sənədləşmə işlərinin həyata keçirilməsi
Əlavə şərtlər:
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
Həftəsonu (şənbə günü): Saat 09:00 – 14:00 (rəhbərliklə iclas)
Əməkhaqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən olunur
(Əlavə bonus və əməkhaqqı artımı nəzərdə tutulur)
🔹 Dəqiq, analitik və komandada işləməyi bacaran namizədləri komandamıza dəvət edirik.
📩 Müraciət üçün CV-lərinizi [email protected] və ya +994 70 202 00 05 nömrəsinə (votsap) göndərin.