Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları)
at
Express Bank
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Təsvir: Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir; Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır; Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir; Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir; Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir; Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir; Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür. Tələblər: Ali təhsil; Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı; Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; Ünsiyyətqurma və komandada işləmək bacarığı.