Görəcəyiniz işlər: Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək; Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək; Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirmək; Müştəri biznes obyektlərinə ziyarətlər keçirmək və monitorinqləri aparmaq; Müvafiq hesabatlar hazırlamaqdır.Bizim üçün uyğun namizəd: Ali təhsilə; Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə; Ofis proqramlarında (Word, Excel) sərbəst işləməyə; Hesabatlarla işləmə bacarığına; Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.