Görəcəyiniz işlər:
Bankın MHBS (IFRS) hesabatların hazırlanmasında iştirak etmək;
Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
Excel proqramları üzrə biliklərə sahib;
Analitik təhlil bacarığı olan;
1-3 il iş təcrübəsi olan;
Komandada iş bacarıqlarına sahib olan şəxsdir.