Mexanik Öhdəliklər: Sahələrdə bütün növ avadanlıqların təmiri və quraşdırılmasını təmin etmək. Sahələrdə konveyerlərin, qarışdırıcıların, reduktorların, bütün növ mexanizmlərin təmiri və texniki xidmətini təmin etmək. Sahələrdə yağ və digər separatorların, soyutma esenjorlarının təmiri və texniki xidmətini təmin etmək. Yük qaldırıcı mexanizmləri təmir və baxımını etmək. Mexanik, pnevmatik və hidravlik sistemləri təmir etmək. (sahələr üzrə ehtiyaca uyğun). Baxım müddəti ərzində lazımı hissələrin 0,01 mm dəqiqliklə ölçülməsi və maşın və avadanlıqlarda təmirdən sonra tələb olunan tolerans ölçülərini təmin etmək. Mexanizmlərdə təmir zamanı ehtiyat hissələri üzərində kəsmə, deşmə, yiv açma işlərini etmək. Quraşdırma işlərində qaynaqçı ilə birlikdə lazımi alətlərdən (laqonda, direl) istifadə etmək. Mexaniki avadanlıqları yenilənməsi, təmiri, sökülməsi və yığılmasını təmin etmək. Təmirdən sonra tələb olunan avadanlıqda son tənzimləmə və sınaq əməliyyatlarını yerinə yetirmək Namizədə tələblər: Müvafiq sahədə ən azı 1-3 il peşəkar iş təcrübəsi Orta və ya ali təhsil Diqqətli və məsuliyyətli olmaq İş şəraiti: Həftənin 6 günü Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcəkUyğun namizədlərin CV-lərini “ Mexanik ” mövzusu ilə email ünvanına göndərməkləri xahiş olunur.
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!