Görəcəyiniz işlər: IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi; Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi; Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi; Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi; IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması. Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi; IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi. Bizim üçün uyğun namizəd: Ali təhsilli (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə); Azərbaycan dili, ingilis dili (texniki) bilikləri; Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 3 il təcrübəsi; Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva); Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayışı; CİS kimi uyğunluq standartlardan anlayışı olan; Texniki problemləri həll etmə bacarıqları; Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları; Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 həftə əvvəl
Elanın bitmə vaxtı:
2 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
5+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan