Əsas vəzifə öhdəlikləri: Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq, salamlamaq və suallarını cavablandırmaq; Ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək; Maraqlı və potensial qonaqları müəyyən etmək və onlara əlavə məlumat vermək; Tədbirlərdə nümayəndə kimi çıxış edərək təşkilatçılar və digər heyət üzvləri ilə əlaqə qurmaq; Qonaqların məmnuniyyətini təmin etmək, onların şikayətlərini həll etmək; Sorğuları lazımi şöbələrə yönəltmək və təfərrüatı ilə qeyd etmək; Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək; Gündəlik hesabatlar hazırlamaq (itmiş və tapılan əşyalar, icazə vərəqələri və s.). Tələblər: Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı; Qonaqlarla və müxtəlif işçi kateqoriyaları ilə effektiv ünsiyyət qurmaq bacarığı; Güclü iş etikası; Azərbaycan, ingilis və rus dillərində səlis danışıq; MS Office proqramlarında işləmək bacarığı; Eyni anda bir neçə iş ilə məşğul olmaq və güclü təşkilatçılıq bacarıqları; Mükəmməl vaxt idarəetmə və işdə prioritetləri müəyyən etmək bacarığı; Detallara diqqət və problemləri həll etmək bacarığı; Müstəqil və komanda şəklində işləmək bacarığı; Şirkət tələblərinə uyğun davranmaq və intizamlı olmaq (geyim kodu və s.).
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!