Tələblərimiz: Ali təhsil (Marketinq və ya Biznes İdarəçiliyi sahəsi üzrə arzuolunandır); Yaş həddi: 22-35; Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır; Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi 2+ illik təcrübə Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı; Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı; Rəqəmsal marketinq istiqamətləri üzrə biliklərin olması arzuolunandır; Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.İş öhdəlikləri: İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi; Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması; Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi; Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi; Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək; Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi; Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması; Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.İş şəraiti: Öyrədici və inkişafameyilli iş mühiti; Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə; İş vaxtı həftədə 6 gün; Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.Maraqlı olan namizədlər öz CV-lərini [email protected]  ünvanına “Marketinq mütəxəssisi” başlığı altında göndərə bilərlər.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan