Görəcəyiniz işlər: Rüblük hədəflərin müəyyənləşdirilməsi, qlobal praktikaya əsasən yeni metriklərin müəyyən olunması (Bankın əlaqəli istiqamətləri üzrə); Əsas Performans Göstəricilərinin (KPI) idarə edilməsi; Bankdaxili avtomatlaşdırılmış maliyyə performansının təhlili və hesabatlığın təmin edilməsi (Excel, Macros&VBA); Rüblük hədəflərin icra nəticələrinin yoxlanılması və təsdiqlənməsi; Strateji Maliyyə planlamasının aparılmasında qlobal təhlillərin aparılması; Avtomatlaşdırılmış maliyyə modellərinin qurulması və inkişafı; Çarpaz funksional əməkdaşlıq və koordinasiya; Aylıq/rüblük/illik olaraq, mükəmməl səviyyədə təqdimatların hazırlanmasının təmin edilməsi. Bizim üçün uyğun namizəd: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə); Bank biznesi üzrə bilik və bacarıqlara (Agile metodologiya ilə sıx işləmə təcrübəsi üstünlükdür); Verilənlərə əsaslanan qərar qəbuletmə: Maliyyə modelləşdirmə, proqnozlaşdırma və ssenari analizində peşəkarlığa; Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır); Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığına; Mükəmməl ünsiyyət və təqdimat bacarıqlarına; Vaxtın idarə edilməsi bacarıqlarına; Beynəlxalq sertifikatlar (CFA, CPA, CIMA); Xarici dil biliyi üzrə sertifikatlar (IELTS, TOEFL,  Duolingo) üstünlükdür; Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Full Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan