PAŞA Holding Qrup üzrə Maliyyə və İT departamenti daxilində BMHS Maliyyə Hesabatları üzrə Baş Mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.İşin təsviri: Yarımillik və illik BMHS əsasında hazırlanmış konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması; Kənar auditorlar, Qrup Şirkətləri, onların maliyyə komandaları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasıyanın təmin olunması; Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması; Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi; Davamlı olaraq hesabatlılıq dövrünün qısaldılması tədbirlətinin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.); Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi; Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması; Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar: Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi Maliyyə hesabatı sahəsində 5 il peşəkar təcrübə; Güclü analitik bacarıqları; Güclü ünsiyyət və təqdimat bacarıqları; Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi; MS Office proqramlarının (o cümlədən MS Excel Macro) mükəmməl biliyi və digər proqramların (məs. SAP, Alteryx) biliyi üstünlükdür; ACCA, CİMA, CPA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür; Müraciət etmə qaydaları:     Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: CV [email protected] ünvanına göndərilməlidir; Mövzu sətrində “BMHS Maliyyə Hesabatları üzrə Baş Mütəxəssis” qeyd olunmalıdır; CV-lər 21 iyul 2024-cü il tarixinə qədər göndərilməlidir. Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
7 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
3+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan