Vəzifə öhdəlikləri: Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi; Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi; Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi; Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi; Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması; Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması; Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.Tələblər: Ali təhsil; Müvafiq vəzifədə ən azı 3 il təcrübə; Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır; Kompüter bilikləri (MS Office); 1C proqramı ilə işləmə bacarığı arzu olunandır; Mükəmməl analitik və təhlil etmə bacarığı; Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı; Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.İş şəraiti: İş günləri: 6 gün iş, 1 gün istirahət; Rəqabət qabiliyyətli əmək haqqı. 800-1000 aznQeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.