Zeta Group “Mağaza meneceri (Oyuncaq sektoru)” üzrə vakansiya elan edir.Namizədə tələblər: İş təcrübəsi: Satış sektorunda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla) Kompyuter bilikləri: 1C 8.3 (əla)Şəxsi keyfiyyətlər: Satış texnikası, idarəçilik qabiliyyəti Problemləri həll etmə bacarığı Düzgünlük və Dəqiqlik Analiz etmə bacarığıƏsas vəzifə öhdəlikləri: Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi; Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi; Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi; Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi; Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması; Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək VM (Vizual Merçendayzinq); Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək; Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.İş şərtləri: İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir) İş günü: 6 günlük, həftədə 1 gün istirahət Əmək haqqı: 1000-1200 AZN+satışdan bonuslar Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.