Təsvir: Aidiyyəti şöbələrdən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısının tərtib edilməsi; Yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması; Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi; Sifarişçi, təchizatçı, daşıyıcı və digər əlaqəli şəxslərlə, şöbələrlə yazışmaların aparılması. Habelə, telefon danışıqlarının və video zəng vasitəsilə danışıqların aparılması; Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlərin toplanıb, tam həcmdə və təyin olunmuş zaman kəsiyində aidiyyəti əməkdaşlara təqdim edilməsi; Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi sənədlərin hazırlanıb, aidiyyəti tərəfə təqdim olunması; Digər şöbələrdən həmçinin prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular cavablandırılması və məlumatların təqdim olunması; Yek yolda olduğu müddətdə daşınmanı izləmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi; Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi həmçinin hesabatların hazırlanması. İş barədə məlumat: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00. Tələblər: Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır); Səlis Azərbaycan, rus, ingilis (arzuolunan) dili bilikləri MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı; Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı; Punktuallıq və detallara diqqət etmə bacarığı; Analitik düşünmə və təhlil etmə qabiliyyəti; Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri; Coğrafi biliklər; İncoterms bilikləri və beynəlxalq daşımaçılıq sahəsində biliklərin olması; Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
Daha çox Logistika vakansiyaları isbu.az-da - Axtardığın işbu!