“SIESCO” MMC - uçotun avtomatlaşdırılması və idarə edilməsi üzrə ixtisaslaşmış dinamik inkişaf edən şirkətdir. Şirkətimiz Azərbaycanda “1C“ firmasının partnyorudur. Mühasibat uçotu, idarəetmə uçotu, istehsalın idarə edilməsi, satınalma və satış prosesləri, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılması üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk. Həmçinin Web proqramlaşdırma və özəl proqramların və mobil tətbiqlarin yazılmasınd fərqli həllərimiz mövcuddur. Biz Sizə uğurlu karyera qurmaq və peşəkar inkişaf etmək imkanı təklif edirik. Şirkətimiz öyrənmək istəyən, işinə pozitiv və yaradıcı şəkildə yanaşan şəxslərin daimi axtarışındadır. İş haqqında məlumat:  Layihələrin planlaşdırılmasında iştirak etmək və layihə sənədlərinin reqlamentə uyğun hazırlamaq  Layihə üzrə işlərin icrasına nəzərət etmək  Layihə üzrə müştərilərdən gələn məktublara (e-mail) cavab yazmaq, layihə haqqında məlumatlar göndərmək,  Şirkətin daxili sistemində layihələrə nəzarət etmək, müvafiq tapşırıqların icrasına nəzarət etmək.  Layihə rəhbərinə daimi olaraq layihənin gedişatı haqqında hesabat təqdim etmək,  Layihə üzrə keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;  Layihə ilə bağlı keçiriləcək şirkətlər arası görüşlərdə (ofis daxili və müştəri ofisində) iştirak etmək.  İş qrafiki 6 günlükdür, bazar ertəsi-cümə 10:00-dan -19:00dək, şənbə 11:00-dan -18:00-dək;  Əmək haqqı - Razılaşma yolu ilə. Namizədə tələblər:  Ali təhsil  Sahə üzrə 1 ildən çox təcrübəsi  Azərbaycan  və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı  1C proqramı ilə işləmə təcrübəsi (arzuolunandır)  Microsoft Office (Word, Excel) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı  Komandada işləmə, dinamiklik, ünsiyyətçil, təşkilatçılıq, tələbkarlılıq və peşəkar münasibətlərin qurulması bacarıqları. İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 183.   Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Ofis meneceri” mövzu bölməsində göstərin. Şirkət haqqında daha ətraflı siesco.az. İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 183.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
2 həftə əvvəl
Elanın bitmə vaxtı:
2 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan