Qeyd: rus dilini bilən namizədlər müraciət eləsin!
Vəzifə Öhdəlikləri:
Tütün və alkoqol məhsullarının satış layihələrinin planlaşdırılması və icrasına nəzarət;
Mövcud müştəri bazasının idarə olunması və yeni tərəfdaşların cəlb olunması;
Dağıtım və satış kanallarının effektiv işləməsinin təmin olunması;
Ticarət nöqtələri ilə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
Rəqib analizlərinin aparılması və bazar trendlərinin izlənilməsi;
Komanda işinin koordinasiyası və performansın izlənilməsi;
Aylıq və rüblük hesabatların hazırlanması, satış hədəflərinin təhlili;
Brend və məhsul təqdimatlarında iştirak, promosyon fəaliyyətlərinin təşkili.
Tələblər:
Tütün və/və ya alkoqollu içkilər sahəsində minimum 1-2 il iş təcrübəsi (mütləqdir);
Satış və ya layihə rəhbərliyi üzrə praktiki təcrübə;
Səlis danışıq qabiliyyəti, inandırıcı üslub və danışıqlar bacarığı;
MS Office və CRM proqramlarında işləmək bacarığı;
Sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq üstünlükdür.
Azərbaycan və rus dili əla səviyyədə bilmək.
Şərtlər:
Rəqabətədavamlı əmək haqqı və motivasiya edici bonus sistemi;
Rəsmi əmək müqaviləsi və sosial təminat;
Karyera yüksəlişi imkanı;
İşgüzar və peşəkar kollektivdə fəaliyyət göstərmək imkanı.
Müraciət üçün: [email protected] cv-lərinizi göndərə bilərsiniz