Əsas vəzifələr:Tadrees Lab-da PM Mütəxəssisi (Təlimçi) olaraq, siz layihə idarəetməsi üzrə təlimlərin keçirilməsinə və tələbələrin peşəkar inkişafına dəstək olacaqsınız. PMP və ya PMI-ACP sertifikatlarına sahib olan bir  mütəxəssis kimi, tələbələr üçün nəzərdə tutulmuş tədris proqramlarını həyata keçirəcək və tələbələri təlimlər zamanı əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etməyə hazırlayacaqsınız.Siz təlim prosesinə əlavə olaraq, layihə idarəetməsi sahəsində seminar və vorkşopların təşkilinə cavabdeh olacaqsınız. Bu seminar və vorkşoplar vasitəsilə tələbələrə konkret sahə üzrə praktiki biliklər verərək onların real iş mühitində qarşılaşa biləcəkləri çətinlikləri aşmalarına dəstək olacaqsınız.   Layihə idarəetməsi sahəsində təlim proqramlarını hazırlamaq və müasir tədris metodlarına uyğun təlimlər keçmək   PMP sertifikatı üçün tələb olunan bilik və bacarıqları tələbələrə aşılayaraq onları imtahanlara hazırlamaq   Təlim iştirakçılarının irəliləyişini izləmək və fərdi inkişaf planları ilə onları dəstəkləmək   Tələbələrə praktiki və nəzəri məlumatları balanslaşdırılmış şəkildə təqdim etmək   Dinamik və motivasiyaedici təlim mühiti yaratmaq   Layihə idarəetməsi üzrə aktual tendensiyaları və dəyişiklikləri izləmək, təlim məzmununu yeniləmək   Təlim nəticələrini qiymətləndirmək və tələbələrin performansını dəyərləndirərək onlara geri dönüş təmin etmək   Layihə idarəetməsi mövzusunda mütəmadi seminarlar və vorkşoplar təşkil etmək, bu tədbirlər vasitəsilə tələbələrin praktiki bacarıqlarını artırmaq   Seminar və vorkşopların məzmununu tərtib etmək və peşəkar şəkildə təqdim etməkTələblər:   PMP və ya PMI-ACP  sertifikatlarına sahib olmaq   Layihə idarəetməsi sahəsində minimum 3 illik təcrübə  Təlimçilik üzrə təcrübə və müasir tədris metodlarına yiyələnmək   Dinamik və nəticəyönümlü yanaşma   Güclü ünsiyyət və liderlik bacarıqları   Təlim iştirakçıları ilə konstruktiv əlaqələr qurmaq və onların inkişafına dəstək olmaq 

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
5 ay əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
2 Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan