Kredit üzrə arxa ofis kiçik mütəxəssisi/mütəxəssisi (Mingəçevir filialı)
at
Bank Respublika ASC
Part Time
Elanın bitmə vaxtı
2 həftə sonra
Ümumi vəzifə öhdəlikləri: Bank proqramında CIF (Customer Information File) hesab açmaq; Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək; Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək; Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq; Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək. Namizədə qarşı tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); Azərbaycan dili əla (yazılı və şifahi); Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.