İşin təsviri:“Peşəkar” İnkişaf Mərkəzi ictimai iaşə, satış və digər sahələrdə ödənişsiz peşə kurslarını təqdim edir. Kurslar nəzəri və praktiki hissədən ibarət olur. Tələbələrin praktiki təlimlərə yönləndirilməsi üçün tərəfdaş bazasını artırmaq lazımdır.Namizəddən tələblər: Dəqiqlik və yüksək məsuliyyət; Ünsiyyət bacarığı, müştərilərlə nəzakətli rəftar; Fikirlərini aydın və səriştəli ifadə etmək bacarığı; Əla təqdimat bacarıqları, potensial alıcını inandırmaq bacarığı; Korporativ satış sahəsində minimum 2 il təcrübə; Güclü təhlil, məntiq və riyazi bacarıqlar; Problemləri tez və effektiv həll etmək bacarığı; Stressə dözümlülük; Vaxtın düzgün idarə edilməsi bacarıqları; Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus dili biliyi arzuolunandır; MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür); Mütəmadi məhsul və texniki biliklərinin inkişaf etdirilməsi; Sahə üzrə təhsili, bilik və bacarıqları təsdiq edən Sertifikatlar/Diplomlar arzuolunandır.Vəzifə öhdəlikləri: Mütəmadi olaraq bazar araşdırılmasının həyata keçirilməsi; Müştəri satış bazasının yaradılması və genişləndirilməsi, yeni müştərilərin və biznes tərəfdaşlarının aktiv axtarışı və cəlb edilməsi; Müştərilən üçün təqdimatların və təkliflərin hazırlanması; Görüşlərin təşkili və keçirilməsi, danışıqların aparılması; Müxtəlif sərgilərdə, tədbirlərdə şirkətin təmsil edilməsi; Rəhbərliyə mütəmadi hesabatların göndərilməsi; CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır. Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Korporativ satış üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Maaş

800 - 1,200 AZN

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan