Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi
at
Azər-Türk Bank ASC
Part Time
“Azər-Türk Bank” ASC Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi vakansiyasını elan edir.Vəzifə öhdəlikləri:• Biznes krediti və sənədli əməliyyat müraciətləri üzrə müştərilərin ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;• Biznes müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;• Kreditləşmə üzrə bankdaxili qaydaların qorunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;• Biznes kredit/sənədli əməliyyat müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;• Kredit reytinqi modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;• Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;• Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak.Namizədə tələblər:• Ali təhsil;• Səlis Azərbaycan dili, İngilis və Rus dili biliyi mütləqdir;• Kredit və qarantiya məhsullarının təhlili üzrə 1-3 il iş təcrübəsi;• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;• ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;• MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti olmalı;• Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı;• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.