Təsvir: Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək; Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək; Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək; Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək; Bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək; Müşahidə Şurasının sədri ilə birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək; Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək. Tələblər: Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil (hüquq sahəsinə üstünlük verilir); Maliyyə / bankçılıq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dili — ən azı orta səviyyədə; Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi); Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış; Məsuliyyətlilik və işdə dəqiqlik.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 həftə əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
3+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan