Korporativ idarəetmə və metodologiya şöbəsi üzrə qrup rəhbəri
at
ABB ASC
Part Time
Görəcəyiniz işlər: Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədlərin layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq; Mövcud daxili normativ sənədlərin, o cümlədən korporativ idarəetmə ilə bağlı bankdaxili normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək; Bankın struktur bölmələrinə bankdaxili normativ sənədlərlə işin təşkilində metodoloji dəstək göstərmək; Korporativ idarəetmə sahəsində qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsində Bankın korporativ katibinə dəstək göstərmək; Bankın törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək; Bankda mövcud olan biznes proseslərinin reqlamentlərşdirilməsi və sahiblərinin müəyyən olunması.Bizim üçün ideal namizəd: Ali təhsilli; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilən (ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir); Word, MS Excel və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan; Ünsiyyət və səlis danışıq səriştəsi olan; Komandada işləmək bacarığı olan namizəddir.