Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinə Assistent (Şəxsi köməkçi)
at
PASHA Bank
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir: İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkilini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsini təmin edir; İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi; Müvafiq kurasiya üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi; İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi; Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstək göstərilməsi; İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsin təmin edir; Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi; İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi; Idarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi. Tələblər: Təhsil: bakalavr dərəcəsi; Tələb olunan iş təcrübəsi: 1-3 il; Xarici dillər: İngilis, Rus; Kompüter bilikləri: Microsoft Office.