Korporativ idarəetmə və biznes proseslərin modelləşdirilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Bankın struktur bölmələri ilə birgə bankdaxili biznes prosesləri təhlil etmək və biznes proseslər üzrə qrafik təsvirləri (biznes proses modellərini) hazırlamaq;
Biznes proseslərin təhlili, vizuallaşdırılması, idarə edilməsi və reyestrinin aparılması kimi istiqamətlər üzrə layihələrdə iştirak etmək, qabaqcıl təcrübələrin Bankda tətbiqi üçün araşdırmalar aparmaq;
Bankın struktur bölmələrindən daxil olan sorğulara əsasən normativ sənəd layihələrini hazırlamaq və müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması prosesində iştirak etmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsili olan (xaricdə və biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsil arzuolunandır);
Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan;
Səlis Azərbaycan dili biliklərinə malik olan;
İngilis dilini yaxşı səviyyədə bilən;
Punktual, detallara diqqət edən, effektiv ünsiyyət, konflikt həll etmək və təqdimat bacarıqlarına sahib olan.
Biznes proseslərin təhlili, modelləşdirilməsi və idarə edilməsi sahəsində təcrübənin və peşəkar sertifikatların olması əlavə üstünlükdür.