One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yadda qalan ulduzlu nömrədə cəm edən bir texnoloqiyadır. Vəzifə : Korporativ əlaqalər üzrə menecer (Corporate Relations Manager) Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower İş qrafiki: I-V günlər, 09:00-18:00 Yaş: 30 - 35 yaş Təhsil: Ali Əmək haqqı – 1000-1500 AZN AR Əmək Məcəlləsinə əsasən sənədləşməVəzifə öhdəlikləri: Potensial yeni korporativ müştərilərin müəyyən olunması və görüşlərin təyin edilməsi; Mövcud partnyorlarla koorporativ görüşlərin və ünsiyyətin təmin olunması; Potensial müştərilər və seqmentlər üzrə təhlilin aparılması; Korporativ müştərilərə xidmət və biznes təklifi təqdim etmək; Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin məlumat bazasının doldurulması; Korporativ müştərilərlə müqavilələrin bağlanması; Korporativ e-mail və yazışmaların həyata keçirilməsi; Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasına (aktların ödənilməsinə) və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nəzarət; Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi; Dövri hesabatların (günlük, həftəlik. aylıq) hazırlanması və təhlili; İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası; Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi; Ehtiyac olduqda Akt və Protokol kimi sənədlərin tərtibi; Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;Tələb olunan keyfiyyətlər: Azərbaycan, rus dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, ingilis dili yaxşı; İşgüzar danışıqlarda, korporativ satış, maliyyə və bank sahəsində azı 1 illlik təcrübə (arzuolunan) Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə, Marketinq, menecment və ya oxşar sahə üzrə ali təhsil (arzuolunan); Layihələrin idarə edilməsi sahəsində təcrübə (arzuolunan); MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək; İnformasiya Texnologiyları və telekommunikasiya üzrə biliklər üstünlük hesab olunur; Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan) İnternet axtarış sistemlərindən sərbəst istifadə; Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq; Peşəkar, xoş xarici görünüş, koorporativ etikanı bilməli; Yalnız Xanım namizəd tələb olunur;Bacarıqlar: Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları; Satış bacarığı; Analitik yanaşma və təhlil; Problem həll etmə bacarıqları; Təqdimat bacarıqları; Vaxt idarəetmə bacarıqları; Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı; Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər Mövzu hissəsində “Korporativ əlaqalər üzrə menecer” yazaraq öz CV-lərini (foto ilə)
[email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.