Təsvir: Reklam mətnlərini, kampaniya elanlarını, şüarlarını yazmaq və redaktə etmək; Bloqlar, veb saytlar, video və sosial media daxil olmaqla müxtəlif platformalar üçün məzmun yaratmaq; Kampaniyalar və müxtəlif aktivliklər üçün kreativ ideyalar vermək və konsept yaratmaq; Bütün məzmunları “Olivia Beauty&Care” brendinin tone of voice-na uyğun tərtib etmək; Düzgün yazı və qrammatika qaydalarına riayət etmək; Kontent trendlərini, müştəri tələblərini və kontent üzrə yeni texnologiyaların gündəlik olaraq izləmək və tətbiq etmək. Tələblər: Ali təhsil; Müvafiq sahə (corporate, reklam agentliyi) üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dili – mükəmməl; Yaxşı ingilis və rus dili bilikləri üstünlükdür; Dəqiqlik və yüksək icraçı bacarıqlar; Təcili sorğulara operativ geridönüş etmə bacarığı; Araşdırma qabiliyyətinin olması; Komanda ilə işləmə bacarığı.