Komandamızı gücləndirmək üçün yaradıcı təfəkkürə malik və startup mühiti ilə yaxından tanış olmaq istəyən rəqəmsal məzmun yazarı/kopirayter axtarırıq.Nə təklif edirik? İş rejimi frilans olsa da, istənilən vaxt şəhərin mərkəzində yerləşən ofisdə işləmək imkanı; Ünsiyyətcil, yaradıcı komandanın üzvü olmaq; Yerli və qlobal şirkətlərlə işləmək; Startup mühitini yaxından tanımaq.Gözləntilərimiz: Kopirayter kimi ən azı 2 illik təcrübə; Maraqlı portfolio; Rəqəmsal məzmun strategiyası və yaradılması üzrə biliklər; Yaradıcı, tənqidi və strateji düşüncə tərzi; Müstəsna yazı bacarığı. Azərbaycan/ingilis dillərində səhvsiz və maraqlı məzmun yazmaq; Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək;Tələblər: Unikal və yeni məzmun konsepsiyaları üzərində çalışmaq; Səlis, aydın, cəlbedici və inandırıcı mətnlər yazmaq; Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq; Sərbəst şəkildə axtarış və araşdırma etmək; Lazım olduqda şərhlərə əsasən məzmunu yenidən nəzərdən keçirmək və düzəlişlər etmək; Həftədə ən azı 1 dəfə komanda toplantılarına qatılmaq; Komanda ilə həm vizual, həm də mətn üçün fərqli fikir və konsepsiyalar yarada bilmək; Məzmun hazırlanması üçün dizaynerlərlə işləmək.Əgər özünüzü uyğun namizəd hesab edirsinizsə, CV və portfolionuzu “Copywriter” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Portfoliosuz CV-lərə baxılmayacaq.

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
1 Year
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan