Edu Max, xaricdə təhsil proqramları və akademik kurslar üzrə ixtisaslaşmış dinamik və böyüyən bir təhsil şirkətidir. Biz tələbələrimiz üçün mükəmməl təhsil təcrübələri təqdim etməyə sadiqik və bu yolda komandamızı tamamlayacaq təcrübəli, istedadlı kurs üzrə koordinator axtarırıq. Vəzifə öhdəlikləri: Akademiyanın tədris prosesini effektiv və keyfiyyətli şəkildə idarə etmək Müəllimlər və tələbələr arasında koordinasiyanı qurmaq Kurs cədvəllərinin hazırlanması və nəzarət edilməsi Yeni tələbələrin qeydiyyat prosesini idarə etmək və onlara uyğun kursları və vaxtları təyin etmək Tədris keyfiyyətini artırmaq üçün müəllim və tələbə rəyini toplamaq və inkişaf planı hazırlamaq Marketinq və satış komandası ilə əməkdaşlıq edərək kursların tanıtımını aparmaq Aylıq sınaq imtahanlarının təşkili, nəticələrin yoxlanılması və valideynlərə reportun göndərilməsi Tələblər: Ali təhsil Təhsil sektorunda və ya oxşar sahədə ən azı 1 il təcrübə Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı MS Office proqramları üzrə işləmək bacarığı Səbirli, gülərüz və işinə həvəsli olmalı Uşaqlarla işləməli və rahat kommunikasiya qura bilməli Daima yeniliyə açıq olmalı və maraqlı təkliflər edə bilməli Təklif edirik: Peşəkar və dinamik iş mühiti Karyera inkişafı və təlim imkanları Daimi artan maaş və bonus sistemi Təhsil sahəsində innovativ layihələrdə iştirak imkanı Əgər siz təhsil sahəsində kariyera qurmaq və fərq yaratmaq istəyirsinizsə, CV-nizi [email protected] email adresinə "Kurs Koordinatoru” başlığı ilə göndərin.