Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
at
ATB Bank
Part Time
Təsvir: Vakansiya Bakı, Gəncə və Sumqayıt regionları üçün nəzərdə tutulub. *Vəzifə başlığında regionun adını qeyd etməyiniz xahiş olunur. Bankın məhsullarının bazarda müvafiq müştərilərə tanıdılması; Sifarişlərin təhlil edilərək müzakirəyə təqdim edilməsi; Aylıq satış planlarının icrası; Kredit portfelinin qurulması və keyfiyyətli idarə edilməsi; Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək. Tələblər: Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar); Bankda Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə vəzifəyə uyğun olaraq 1-3 il təcrübə; Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır; MS Office proqramlarında işləmək bacarığı; Analitik təhlil etmə, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparmaq bacarığı; Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.