Görəcəyiniz işlər:
Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla kassa xidmətləri göstərmək;
Bankomatların inkassasiya üçün nağd vəsaitlərin bölgüsündə iştirak etmək;
Əməliyyat günün sonunda inkassasiya olunmuş bankomatlar üzrə yazılı şəkildə hesabatı tərtib etmək, qiymətlilərin qalıqları ilə birlikdə xəzinəyə məsul şəxsə təhvil verilməsini təmin etmək;
Bankomata yüklənmiş və boşaldılmış nağd pulun uçotunun aparılmasını təmin etmək;
Aşkar edilmiş dövriyyəyə yararsız nağd pulun dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün müvafiq sənədləşməni aparılması və Mərkəzi Banka təhvil verilməsini təmin etmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsili olan;
Orta səviyyədə ingilis və rus dili bilikləri olan;
Komandada işləmək bacarığı olan;
Riyazi hesablama aparmaq qabiliyyəti olan;
İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.