“Azər-Türk Bank” ASC İnformasiya Texnologiyaları Departamentinin İnformasiya sistemlərinin idarə olunması şöbəsində kiçik linux inzibatçısı (junior linux administrator)vakansiyasını elan edir.Vəzifə öhdəlikləri:• Linux əsaslı server infrastrukturun qurulması və dəstək göstərilməsi;• Web/App serverlərin quraşdırılması və müşayiəti;• Linux əsaslı sistemlərin təhlükəsizlik sazlanmalarının aparılması;• Skript dillərində tapşırıqların avtomatlaşdırılması;• Ehtiyat nüsxələrinin götürülməsi və bərpası;• İdarəçiliyində olan sistemlərin mütəmadi monitorinqi;• Tələblərə uyğun olaraq serverlərin sazlanması və testlərin aparılması.Namizədə tələblər:• Ali təhsil;• Bank sahəsində minimum 1 il iş təcrübəsi;• Azərbaycan dili səlis, ingilis dili biliyi yaxşı səviyyədə olmalı;• Administrator səviyyəsində RedHat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;• Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə iş təcrübəsi;• Linux/Unix server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;• Monitorinq alətlərindən istifadə etmək bacarığı.Müraciət linki: https://jobs.glorri.com/companies/atb/job/atb-informasiya-texnologiyalar-departamentinin-informasiya-sistemlrinin-idar-linux

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
1 il əvvəl
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan