Ümumi tələblər:
Ali təhsil (mühəndislik ixtisasları üzrə);
Yaş: 22-50;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
İnşaat sahəsində beynəlxalq standartlarla işləmə bacarığı;
MS Office proqramları, AutoCAD və digər mühəndislik proqramlarında işləmə bacarığı;
Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
ISO standartları üzrə biliklər (üstünlükdür);
Komandada işləmə, məsuliyyətlilik və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri :
Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
Keyfiyyətə dair müvafiq sənədlərin hazırlanması, podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edilməsi;
Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək;
İcra zamanı yaranan texniki məsələlərin həlli.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Keyfiyyətə nəzarət üzrə Mühəndis" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.