Vəzifə öhdəlikləri: Nəğd vəsaitlərin qəbulunu və ödənişini həyata keçirmək; COİNS sisteminə və daxili hesabat fayllarına nəğd vəsait dövriyyəsi məlumatlarını daxil etmək; Günlük və periodik nəğd vəsaitlərin sayımını aparmaq; Nəğd vəsaitlərin bank hesabına mədaxil prosesində iştirak etmək; Günlük və periodik dövriyyə və balans hesabatlarını rəhbərliyə göndərmək; Uyğunlaşdırmaları aparmaq və yarana biləcək fərqlərin araşdırılması; Ayın yekunları üzrə hesabatların hazırlanmasına və analizinə kömək etmək; Əməliyyat və satış komandası ilə əlaqədə olaraq çalışmaq, satış və ödəniş proseslərinə dəstək vermək; İş prosesini şirkətin nəğd vəsait siyasətinə uyğun təşkil etmək. Tələblər: Müvafiq sahə üzrə bakalavr dərəcəsi; Excel proqramında yaxşı bacarıqlar; Azərbaycan və İngilis dillərində yazılı ünsiyyət bacarıqları; Müvafiq sahədə 2 illik iş təcrübəsi.