Şirkətimiz " IR üzrə mütəxəssis ” vakansiyasını açıq elan edir.Vakansiya tələbləri: Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə); Yaş həddi: 25-35 yaş aralığında; Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi; Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür; MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel); AR Əmək Qanunvericiliyini mükəmməl bilməli; ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı; Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi); Komanda ilə işləmə bacarığı; Səliqəli klassik iş geyimi (dress code).Vəzifə öhdəlikləri: Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi; Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması; Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi; Əmək haqqı kartlarının sifariş olunması; Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı; Kadr kitablarının yazılması və qeydiyyatının aparılması; Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi; Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi; Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi; Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi; İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi; Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər; Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;İş şəraiti: İş vaxtı: 09:00 - 18:00; İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir); Əmək haqqı: 800 AZN; Şirkət tərəfindən korporativ nömrə verilir. Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.