İstedadların İdarə Edilməsi və Təşkilati İnkişaf şöbəsi, Təlim qrupu üzrə kiçik mütəxəssis
at
PASHA Property Management
Part Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Təsvir: Bank üzrə fərdi inkişaf ehtiyaclarının müəyyən edilməsi, həmin siyahıya, eləcə də strateji hədəflərə uyğun olaraq funksional, bank miqyasında təlim siyahısının müəyyən edilməsi; Fərdi, Funksional və bank miqyasında təlim və inkişaf proqramlarının həyata keçirilməsinə dəstək göstərilməsi (bank miqyasında, funksional və FİP); Onlayn Tədris Platformasının İdarə edilməsi, təlimlərdə iştirak, məmnuniyyət səviyyəsinin təqib edilməsi; Qrup təlimlərin təşkilatı və koordinasiyası; Orientasiya Proqramının planlaşdırılması, izlənməsi, Buddy proqramının icrası. Tələblər: Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi); Tələb olunan iş təcrübəsi: 1 il (Təlim və İnkişaf, və ya digər İR sahələri); Xarici dillər: İngilis (səlis) ; Kompüter bilikləri: Microsoft Office, Power Point; Başqa tələblər: Ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.